Ersin Tatar Azərbaycana gəldi

0

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Azərbaycana səfəri başlayıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edək ki, o, iyulun 5-6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunacaq sammitdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edəcəklər. Tədbirdə müşahidəçi ölkələrin liderlərinin və TDT-nin Baş katibinin də iştirakı gözlənilir.

Sammitdən sonra Qarabağ Bəyannaməsinin, eləcə də bir sıra digər mühüm sənədlərin imzalanması gözlənilir. Sammitdən əvvəl TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »