Qanunsuz evlərin sənədləşdirilməsi niyə çətindir? – Komitə sədri açıqladı

0

Qanunsuz tikilən evlərə sənədlərin verilməsi prosesi sürətləndirilib. Məndə olan məlumata görə, 40 mindən artıq evə sənəd verilib.

İctimai Rəy xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O qeyd edib ki, qanunsuz tikilən evlərə sənədlərin verilməsi mürəkkəb prosesdir.

“Qanunsuz evlərin bir çoxu yüksək gərginlikli elektrik xəttlərinin altında, boru kəmərlərinin üstündə tikilib, elə evlər var ki, müəyyən şirkətlərə məxsus torpaqlarda, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib. Bunların hamısı qanuniləşdirilməlidir ki, bu da çətin bir prosesdir. Ancaq bu proses xeyli sürətləndirilib. Sözsüz ki, bu evlərə sənədlər verilməlidir çünki ciddi narazıçılıq yaradır”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, 500 minə yaxın qanunsuz tikilmiş ev var.

“Təəssüflər olsun ki, bunun sayı da getdikcə artır. Vətəndaş özü də bilməlidir ki, harda ev tikir, bu onun üçün təhlükəsizdirmi”, – deyə T.Rzayev vurğulayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »