Xarici vətəndaşlar ölkə ərazisində müxtəlif işlərlə məşğul olurlar, lakin onların arasında azərbaycanlı yoxdur.
İctimairey.az Ermənistan mediyasının yayımına istinadən xəbər verir ki, Qarabağın Milli Təhlükəsizlik Xidməti İran pasportlu azərbaycanlıların Dağlıq Qarabağda tikinti işlərinə cəlb edilməsi barədə xəbəri təkzib edib.
“Artsax və Ermənistan mətbuatı Artsaxda azərbaycanlı ola biləcək İran pasportlu insanların inşaat işlərinə cəlb edildiyi barədə məlumatlar yayıb. Bu fərziyyələrin reallığa uyğun olmadığını bildiririk”, – məlumatda deyilir.
Əvvəllər olduğu kimi, indi də əcnəbilər Qarabağda tikinti də daxil olmaqla müxtəlif işlərdə iştirak edirlər. Respublikanın MTX-i digər ölkələrin kəşfiyyat xidmətlərinin kəşfiyyat fəaliyyətinin qarşısını almaq üçün lazımi tədbirlər görür. Məlumatda bildirilir.
İctimairey.az