Aparıcı Trampın sözlərindən əsəbiləşdi və müsahibəni bitirdi: 3 ildən sonra ABŞ adlı bir ölkə olmayacaq.
ABŞ -ın keçmiş prezidenti Donald Tramp müsahibəsində yaxın 3 ildə ABŞ adlı bir ölkə olmayacağını söylədi. Ölkənin hər zamankindən daha çox relsdən çıxdığını deyən Tramp, “2022 və 2024 -cü illərdə seçkilərə gedəcəyimiz zaman, ölkədən heç bir əsər-əlamət qalmayacaq” – dedi. Trampın diqqət çəkən bu sözlərindən sonra, aparıcı Sen Spacer müsahibəni bitirib.
Ötən ABŞ seçkilərində Demokrat Partiyasının namizədi Co Baydenə kürsüsünü təhvil verən ABŞ -ın keçmiş prezidenti Donald Tramp yenidən bomba kimi gündəmə gəlib.
Tramp yaxın 3 ildə “ABŞ adlı bir ölkə olmayacağını” söyləyib. İctimairey.az xəbər verir ki. Newsmax -a verdiyi müsahibədə Tramp, “ABŞ əvvəlkindən daha çox relsdən çıxdı. 2022 və 2024 -cü illərdə seçkilərə gedəndə ölkədən heç bir əsər-əlamət qalmayacaq” deyib.
Tramp çıxışında ABŞ prezidenti Baydeni də hədəfə alıb. Əfqanıstandan çəkilmə zamanı baş verənlərə və Meksika sərhədindəki hadisələrə diqqət çəkən Tramp, “Dünyanın hər yerində lağ obyektiyik” – deyib.
Trampın diqqət çəkən bu sözlərindən sonra, aparıcı Şen Spacer müsahibəni bitirib.
İctimairey.az