Bir neçə gündür İran ərazisindən Xankəndinə yanacaq daşıyan və yol vergisi verməkdən şikayətçi olan İran vətəndaşlarının görüntüləri sosial şəbəkələri zəbt edib.
Təmiz Azərbaycan dilində erməni telekanallarına müsahibə verən İran vətəndaşları bildirilər ki, onlar Ermənistana yol vergisi ödəyiblər, bunu kafi hesab edirlər, Azərbaycana vergi vermək onlara ağır gəlir. Maralqıdır ki, ezamiyyət kağzılarında İran tərəfi Xankənidini “Stepanakert” deyə qeyd edib , üstəlik, onu Ermənistan ərazisi kimi göstərib. Məsələ ilə bağlı İran səfirliyinə göndərdiyimiz sorğunun cavabı həmişəki kimi gecikir və əslində veriləcək standart, rutin cavabı bəri başdan bilirik. “Xəbərimiz yoxdur, araşdıracağıq, ola bilməz, təxribatdır, biz din qardaşıyıq və sair və ilaxır”.
Üstəlik, öz əməlləri qalacaq kənarda, medianı günahlandıracaqlar ki, təxribatçı məlumatlar paylaşmayın. İranın riyakar siyasətin arxasında erməniylə qardaşlıq, bizi parçalamaq istəyi aydın hiss olunur. Bəlkə bizi qıcıqlandıran bu görüntünün yayılmasında da xüsusi məqsəd var. Ermənistana yanacaq daşıyan iranlıların məhz Azərbaycan dilində danışmaları təsadüf idimi? Qəzəbimizin öz qan qardaşlarımıza yönəlməsinə hesablanmış ola bilməzdimi?
Bu gün İran İslam Respublikasının Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. Bu onların son 3 gündə ikinci görüşüdür və yəqin ki, bu da təsadüfi deyil.
Bizimyol.info.
İCTİMAİREY.AZ