ABŞ terrorizmlə bağlı sanksiyalar siyahısını genişləndirib

0

ABŞ Maliyyə Nazirliyi terrorizmlə bağlı sanksiyalar siyahısını genişləndirib.

Bu barədə nazirliyin saytında məlumat yerləşdirilib.

Siyahıya dörd fiziki şəxs, yeddi şirkət və bir tanker əlavə olunub.

Məhdudiyyətlər Yəmən, İraq və Ukrayna vətəndaşlarına şamil edilib. Siyahıya Çin, BƏƏ, Oman şirkətləri, həmçinin İraq və Suriyada yerləşən “Hərəkat Ənsar Allah əl-Avfiya” qruplaşması daxil edilib. Bundan əlavə, Kamerun bayraqlı tanker da sanksiyaya məruz qalıb.

ABŞ səlahiyyətliləri məhdudiyyətlərə məruz qalan şəxslərin və şirkətlərin Yəməndə husilərə silah ötürdüyünü əsas gətirirlər.\\report.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »