Azərbaycanda işləyəcək tanınmış məşqçiyə bu şəxs köməkçi oldu

0

“Turan Tovuz”u çalışdırmağa razılıq verən Kurban Berdiyevin əsas köməkçisinin kimliyi məlum olub.

Həmin yardımçı Andrey Matsuradır.

Türkmən kökənli mütəxəssis onunla uzun müddətdir bir yerdə çalışır. Son olaraq Mahaçqala “Dinamo”sunda çiyin-çiyinə işləyiblər.

“Cəbrayıl”ın baş məşqçisi Cavid Hüseynov da tezliklə burada çalışa bilər.

Qarabağı təmsil edən rayonun eyniadlı təmsilçisinin çalışdırıcısına gözlənilməz dəvət gəlib. Ona “Turan Tovuz”da Kurban Berdiyevə köməkçi olmaq təklif edilib. Əgər çağırışı qəbul edərsə, gənc mütəxəssis yeni baş məşqçinin korpusunda yer alacaq.

“Cəbrayıl” bu mövsüm II Liqada mübarizə aparıb. Komanda çempionatda ikinci yeri tutub və pley-off mərhələsinə yüksəlib.

Burada isə “Araz Saatlı” ilə qarşılaşan kollektiv evdə 2:0, səfərdə 3:1 hesabıyla qalib gələrək, I Liqaya vəsiqə qazanıb.

C.Hüseynovun Premyer Liqa keçmişi var. O, 1 il əvvələdək “Şamaxı”nın sükanı arxasında dayanıb. (sportinfo.az)

Leave A Reply

Your email address will not be published.

Tərcümə »