Astanada COP29-a hazırlıqla bağlı iclas keçirilib

0

Astanada Qazaxıstanın dövlət qurumlarının, beynəlxalq təşkilatların, milli şirkətlərin və işgüzar dairələrin iştirakı ilə noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı birgə iclas keçirilib.

“Report” bu barədə Qazaxıstanın Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir.

Energetika nazirinin müavini İlyas Bakıtjan iclas iştirakçılarına Qazaxıstanın Energetika Nazirliyi tərəfindən aşağı karbonlu enerjinin inkişafı, metan emissiyalarının azaldılması və ədalətli enerji keçidi çərçivəsində görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Qazaxıstan üçün prioritetlər aşağı karbonlu marşrutun inkişafı, 2060-cı ilə qədər karbon neytrallığına nail olmaq və enerjiyə mərhələli keçiddir: “Qazaxıstan ətraf mühitə antropogen istixana qazları emissiyalarının azaldılmasına yönəlmiş qlobal təşəbbüslərin iştirakçısıdır. Qlobal Metan Öhdəliyinə qoşulmaq ölkəmizin ardıcıl enerji keçidinə sadiqliyini təsdiq edir və ölkəyə “yaşıl investisiyalar”ın cəlb edilməsi üçün imkanlar açır”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »