Media nümayəndələrinə kibertəhlükəsizliklə bağlı təlim keçirilib

0

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) təşəbbüsü ilə media nümayəndələri üçün “Rəqəmsal savadlılıq” (BOOTCAMP) layihəsi çərçivəsində iyunun 7-də təlim keçirilib. Təlimdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəisi Samir Rəsulov qurumun informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində fəaliyyəti, özəl təşkilatlarla təcrübə mübadiləsi haqqında məlumat verib.

Çıxış zamanı kiberdələduzluq halları və onların qarşısının alınması üçün diqqət yetirilməli məqamlar, kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması və onlayn mühitdə təhlükəsizliyin təmin edilməsi mövzularından bəhs edilib.

Tədbirin sonunda ETX-nin fəaliyyəti ilə bağlı jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

“Rəqəmsal savadlılıq” layihəsinin həyata keçirilməsində əsas məqsəd media nümayəndələrinin İKT üzrə təhlil və analiz bacarıqlarının daha da inkişaf etdirilməsidir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »