FƏZAİL AĞAMALI: “VƏTƏN MÜHARİBƏSİ BAŞLAYANDA YENƏ DƏ QARDAŞ TÜRKİYƏ BİZİMLƏ BƏRABƏR OLDU”

0

 

“103 il əvvəl Azərbaycan fəlakətlər yaşadığı bir vaxtda qardaş ölkənin Qafqaz İslam ordusu Bakıya gəldi. Qafqaz İslam Ordusu Azərbaycanın yenicə yaradılmış ordusu ilə birgə çox böyük çətinliklərlə üzləşmələrinə baxmayaraq, bolveşik-daşnaq dəstələrini darmadağın edib Bakıya daxil oldu”.

İctimairey.az xəbər veriri ki, bunu Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bununla Azərbaycanın müstəqilliyi üçün geniş imkan açılıb: “Azərbaycan yeni dövrə qədəm qoydu. Bu, ən çətin zaman kəsiyində Türkiyə-Azərbaycan münasibətlərinin bizə verdiyi tarixi qürurdur. 102 il sonra sentyabr ayında Azərbaycanın ermənilər və onların arxalarında duranlara qarşı Vətən müharibəsi başlayanda yenə qardaş Türkiyə bizimlə bərabər oldu. Bu dəfə həm siyasi, həm də mənəvi dəstək verdi. Qürurluyuq ki, biz türkük və bu gün çox sevincli anlar yaşayırıq”.

F.Ağamalı qeyd edib ki, artıq Azərbaycan Türkiyə ilə müttəfiqlik müqaviləsi içərisindədir: “Şuşa Bəyannaməsi Azərbaycana geniş imkanlar açır. Bu gün Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimləri keçirilir. Azərbaycan güclü üçlüyün içərisində Qafqazda parlamaqdadır. Biz bu gün üçün hər bir türk şəhidinə tarix boyu minnətdarıq”.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »