Həkim göndəriş vermədi, qadın doğuş zamanı qanaxmadan öldü

0

Bu gecə Zərdab rayonunda qadın doğuş zamanı həyatını itirib.

İctimai Rəy Oxu.az-a istinadən xəbər verir ki, onun hamiləliyi riskli olub.

Qadının ölümə səbəb kimi doğuşdan sonrakı qanaxma göstərilib. Qeyd olunub ki, ana həyatını itirsə də, körpə sağdır.

Eyni zamanda qeyd olunub ki, doğuş zamanı Zərdab Rayon Mərkəzi Xəstəxanasındakı həkim xəstəyə göndəriş vermədiyi üçün onu başqa yerə aparmaq mümkün olmayıb.

Hadisə ilə bağlı Baş Prokurorluğa sorğu ünvanlanıb.

Qurumun mətbuat xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı Zərdab Rayon Prokurorluğunda hazırda araşdırma aparılır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »