Komitə sədri Ailə Məcəlləsinə yeni dəyişikliklərin məqsədini açıqlayıb

0

Ailə dövlətimizin himayəsindədir. Ailə institutunun, həmçinin nikah yaşının tənzimlənməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Ötən 24 ildə Ailə Məcəlləsinə çox mühüm dəyişikliklər edilib. Bunlardan biri də himayədar ailələrlə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin iyunun 3-də keçirilən iclasında Ailə Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsini təqdim edərkən deyib.

Komitə sədri bildirib ki, Ailə Məcəlləsinə yeni dəyişikliklər zərurətdən yaranıb. Onun sözlərinə görə, ölkəmizin ərazisində uzun müddət qeydiyyatsız yaşayan əcnəbilərin bir çoxu ölkə ərazisini tərk etməmək üçün Azərbaycan Respublikasının vətəndaşı ilə nikah bağlamağı seçirlər. Bu hal Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan əcnəbilərə münasibətdə qanunvericiliyin müəyyən etdiyi imtiyazlardan sui-istifadə edilməsi riski yaradır.

Hicran Hüseynova qeyd edib ki, belə hallar, həmçinin qanunsuz miqrasiyanın qarşısının alınmasına mənfi təsir göstərir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »