“X” sosial şəbəkəsi öz qaydalarını yeniləyib.
Platforma böyüklərin çılpaqlığı və ya cinsi davranışı ilə bağlı konsensual şəkillərin paylaşılmasına imkan verəcək. Bununla belə, bu cür məzmun məxfi kimi qeyd edilməlidir. Yaşı 18-dən az olan istifadəçilər, eləcə də profilində doğum tarixini qeyd etməyənlər açıq-saçıq materiallara baxa bilməyəcəklər.
Yeni “X” Qaydaları həmçinin azyaşlıların istismarını, qeyri-razı obyektivləşdirməni, seksuallaşdırmanı və ya onlara zərər verməsini təşviq edən məzmunu da qadağan edir.\\Referans.az\\