İstivurma zamanı nə etməli? – İlk yardım

0

Havaların qızmar keçdiyi bu günlərdə istivurma və günvurma problemləri yenidən gündəmə gəlir.

Xüsusilə də istivurma qan təzyiqini oynadaraq və ürəyin ritmini pozaraq təhlükəli vəziyyət yaradır. Mütəxəssislər istivurmanın ölüm riski daşıdığını bildirirlər və şoklara qarşı xəbərdarlıq edirlər.

Havanın qəfil istiləşməsi zamanı əsasən gənclər, yaşlılar, açıq havada işləyənlər, idmançılar və əsgərlər daha çox təhlükə altında olurlar.

Mütəxəssislər müalicə olunduqda belə, istivurmada ölüm riskinin 10 faiz olduğunu, istivurma zamanı şok, aritmiya, miokard işemiyası, böyrək çatışmazlığı və nevroloji disfunksiya kimi ölümcül problemlərin meydana çıxa biləcəyini, buna görə də tibbi müdaxilənin zəruri olduğunu bildirirlər.

İstivurmanın əlamətləri:

İstivurma zamanı bədən istiliyi 40 dərəcədən yuxarı qalxır. Bu zaman əhval dəyişikliyi, aşağı təzyiq, ürək döyüntüsü və tez-tez nəfəs alma kimi problemlər yaranır.

Baş ağrısı, başgicəllənmə, sürətli nəbz, nəfəs almaqda çətinlik, narahatlıq, başgicəllənmə, tərləmə, qusma da müşahidə edilə bilər.

Aşağı qan şəkəri bəzən gərginlik səbəbindən istivurmanı müşayiət edir.

İstivurma aritmiya, infarkt, böyrək çatışmazlığı və zehni pozğunluqlara da səbəb ola bilir.

İlk yardım necə olmalıdır?

Xəstə soyundurulmalı və rahat hiss etdirilməlidir. Bədənin səthinə soyuq su və ya buz tətbiq oluna bilər. Qısa müddətdə maye dəstəyi təmin edilməlidir Xəstə dərhal təcili yardım şöbəsinə aparılmalıdır, burada müalicəyə fiziki soyutma daxil edilməlidir. Buzlu suya daldırma ən faydalı üsuldur, lakin bu mümkün deyilsə, dəriyə buz paketləri qoyulmalıdır.

Həmçinin otaq temperaturunda olan mayelərlə venadaxili rehidratasiya, qan duzlarının korreksiyası və ürək-damar sisteminin ciddi monitorinqi də mühüm əhəmiyyət kəsb edir.//Medicina.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »