Qərb bölgəsində yeni layihə həyata keçirilir

0

Qazax Regional İnkişaf Resursları İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyə Dəstəyi ilə ”Qazax, Ağstafa və Tovuz rayonlarında ictimai iştirakçılığının artırılmasına dəstək” Layihəsinin icrasına başlayıb.

İctimai Rəy xəbər verir ki, layihənin əsas məqsədi yerli icmalarda vətəndaş təşəbbüsləri və iştirakçılığının artırılmasına bələdiyyə, yerli hakimiyyət və QHT-lərin dəstəyinin təşkilidir.

Layihə çərçivəsində göstərilən rayonların 6 icmasında fəaliyyət göstəriləcək, mövzu ilə bağlı icma üzvləri və vətəndaş fəalları maarifləndiriləcək.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »