Fransız Polineziyasının hakim “Tavini” partiyasının üzvü Kliff Lussan regionun tam dekolonizasiyaya nail ola biləcəyinə əminliyini ifadə edib.
İctimai Rəy xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Kliff Lussan bildirib.
O, həmçinin Azərbaycanın və Bakı Təşəbbüs Qrupunun dəstəyini tam suverenliyə nail olmaq yollarının axtarışında vacib adlandırıb.
Onun sözlərinə görə, Fransa müstəmləkəçilik siyasətini davam etdirir və Fransız Polineziyasının yerli əhalisini sıxışdırır:
“Polineziyada insanlar mənzillərin alınması ilə bağlı çətinlik çəkirlər. Çünki Taitiyə böyük şəhərlərdən çox sayda fransız gəlir və əmlak qiymətləri o qədər yüksək və əlçatmazdır ki, burada doğulmuş polineziyalılar üçün münasib və sərfəli qiymətlərlə mənzil tapmaq çətindir. Səhiyyə və iqtisadiyyat sahələri daxil olmaqla, digər mənfi nəticələr də var”.