Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
İctimai Rəy xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan sürətlə inkişaf edən ölkədir. Qərb və Şərq sivilizasiyalarının mütərəqqi nailiyyətlərini tətbiq edən Azərbaycan Sizin rəhbərliyiniz sayəsində əsas dəyərləri – mədəniyyəti, mənəviyyatı, milli özünəməxsusluğu qoruyub saxlayır. Ölkədə ailə institutu, yaşlı nəslin xidmətlərinə hörmət, vətənpərvərlik hissi möhkəmlənir.
Hörmətli İlham Heydər oğlu, icazə verin, fürsətdən istifadə edərək “LUKOYL”un Azərbaycanda fəaliyyətinə göstərilən hərtərəfli dəstəyə görə dərin minnətdarlığımı bildirim, həmçinin Sizə və bütün Azərbaycan xalqına xoşbəxt həyat, sülh və tərəqqi arzulayım”.