Eldar Həsənov məhkəmədə huşunu itirdi

0

 

Eldar Həsənov məhkəmədə ifadə verərkən huşunu itirərək yerə yıxılıb.
________________________________________
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
İctimai.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Eldar Həsənov ifadə verərkən huşunu itirib və yerə yıxılıb.
Bunu Eldar Həsənovun vəkili Valeh Mehralıyev deyib.
Məhkəmə zalına təcili yardım briqadası gəlib.
Məhkəmə təxirə salınıb.
Xatırladaq ki, vəkilin sözlərinə görə, 66 yaşlı Eldar Həsənovda aşkar olunan paroksizmal pozision vertiqo-nun əslində müalicəsi yoxdur. Bu xəstəlik onda, həbsdə olduğu müddətdə yaranıbdır.
İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »