Edqars Rinkeviçs Azərbaycana gələcək

0

Latviya Prezidenti Edqars Rinkeviçs BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.

İctimai Rəy xəbər verir ki, bunu Prezident İlham Əliyev Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dayqa Mierina COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib, COP29-da iştirak etmək üçün Latviya Prezidentinin də Azərbaycana səfər edəcəyini deyib.\\axar.az\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »