İctimai Rəy xəbər verir ki, bunu Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət axtarış-xilasetmə qrupunun 2 ədəd helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması İranın müvafiq dövlət qurumunun diqqətinə çatdırılıb:
“Beləliklə, Azərbaycan axtarış üçün İrana yardım təklif edən ilk ölkə oldu. Məhz Azərbaycandan sonra digər ölkələr də İrana yardım təklif etməyə başladılar. Həmçinin qardaş Türkiyə hökuməti də İbrahim Rəisinin helikopterinin qəza enişi etdiyi bölgəyə “Akıncı” pilotsuz uçuş aparatı (PUA) və gecə görmə qabiliyyətinə malik helikopter ilə xilasedici qruplar göndərdi. Rəsmi Tehran Azərbaycan və Türkiyənin bu xoşməramlı niyyət və addımlarını da unutmamalıdır”.