Bakıdakı yerüstü piyada keçidi sakinlərdə narahatlıq yaradıb

0

Bakının Xətai rayonu, Ukrayna dairəsindəki yerüstü piyada keçidi sakinlərdə narahatlıq yaradıb.

Xezerxeber.az-ın məlumatına görə, döşəməsi dəmirdən olan keçidin tavan hissəsindən elektrik naqilləri keçir.

Sakinlər bildiriblər ki, yağış şiddətli olduqda keçidin içərisinə su damır.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) tabeçiliyində olan Xüsusi Təyinatlı Yol İstismar İdarəsindən bildirilib ki, məlumat dəqiqləşdiriləcək və problem aradan qaldırılacaq.

Ətraflı süjetdə:

Leave A Reply

Your email address will not be published.

Tərcümə »