Qəzanın səbəbi çətin hava şəraiti ilə bağlı deyil

0
3 helikopterdən ibarət karvandan yalnız İran prezidenti İbrahim Rəisinin içində olduğu helikopterin sıx dumanlı hava şəraitinə görə qəzaya uğradığı bildirilirsə, lakin bu zaman nazirləri daşıyan digər iki helikopter isə sağ-salamat təyinat yerinə çatıbsa, demək ki, qəzanın səbəbi çətin hava şəraiti ilə bağlı deyil.
Bu qəza terakt üzündən də baş verə bilər.

 

İctimai Rəy xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Bəybala Mirzəyev “Facebook” sosial şəbəkəsində yazıb.

Zatən İranı idarə edən qüvvələr, strukturlar arasında Azərbaycanla münasibətlərin yaxşılaşmasını istəməyən və İbrahim Rəisinin Azərbaycanla münasibətləri yaxşılaşdırmasına əngəl olmağa çalışan qruplar da az deyil.

Ən çox da SEPAH-ın qatı anti-Azərbaycan mövqeyindən çıxış etdiyini hamımız yaxşı bilirik.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »