Hər il yaz mövsumündə ucuzlaşan ətin bu dəfə qiyməti enmir.
Xezerxeber.az-ın məlumatına görə, hazırda bazarlarda quzu əti 18-19 manata, dana əti isə 14-15 manata təklif olunur.
Satıcılar deyirlər ki, ətin qiyməti qalxmaqda davam edəcək, çünki yem bahadır, mövsümi ucuzlaşma isə gözlənilmir.
Onların sözlərinə görə, bahalığın səbəblərindən biri də bazar alverçilərinin fəallaşmasıdır. Bu gün fərdi təsərrüfatlarda yetişdirilən heyvanları birbaşa satmaq, demək olar ki, mümkün deyil. Çünki alverçilər buna imkan vermirlər. Onlar da aldıqları heyvana əlavə qiymət qoyurlar.
İqtisadçı Elman Sadıqov bildirib ki, Azərbaycanın idxaldan asılılığı artır. Elə buna görə də, ətin qiymətinin mövsümi enməsi real görünmür.
Ekspertlər hesab edirlər ki, Azərbaycan ətə olan tələbatının 80-90 faizini yerli istehsal hesabına ödəyə bilər. Bu zaman qiymətlərdə enmə daha çox müşahidə edilə bilər.
Ətraflı süjetdə: