Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib.
İctimai Rəy Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Paşinyan bir gün öncə bildirib ki, sabah Aİİ Ali Şurasının sessiyasına sədrlik etmək üçün Moskvaya gedəcəyəm: “Rusiya Federasiyasının prezidenti ilə ikitərəfli görüşüm olacaq”, -deyə Paşinyan qeyd edib.
Məsələ ilə bağlı Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin və Paşinyan arasında görüş hər iki tərəf üçün zəruridir və gözləniləndir.
O, Ermənistanın Avrasiya İqtisadi İttifaqında iştirakının dayandırılmasının mümkünlüyü haqqında suala da cavab verib. Bildirib ki, inteqrasiya iştirakçı ölkələrin sürətli inkişafını təmin edir və inteqrasiyanın davam etdirilməsi onların maraqlarına uyğundur.