Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İsrail Xarici İşlər Nazirliyinin (XİN) siyasi direktoru Aliza Bin-Nun ilə Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
İctimai Rəy xəbər verir ki, bu barədə İsrail XİN-in nümayəndəsi Aliza Bin-Nun “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla səmimi görüşümüz oldu. Müzakirələr zamanı əsasən ikitərəfli və regional məsələlərə toxunulub, Cənubi Qafqaz və Yaxın Şərqdə cari hadisələrə xüsusi diqqət yetirilib”, – paylaşımda qeyd edilib.\\musavat\\