Prezident Slovakiyaya səfərə dəvət olundu

0

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyaya səfərə dəvət olunub.

İctimai Rəy xəbər verir ki, bu təkliflə Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında çıxış edib.

“Ümid edirəm ki, münasib bildiyiniz bir vaxtda Slovakiyaya səfər edəsiniz və biz konstruktiv danışıqlarımızı davam etdirək. Bugünkü görüş gözlədiyimdən də artıq idi. Siz beşinci dəfə prezident seçildiniz. Bu o deməkdir ki, siz ölkə üçün mühüm bir şəxssiniz. Bu münasibətlə sizi təbrik edirəm. Siz suveren xarici siyasət yürüdən, beynəlxalq hüquqa hörmətlə yanaşan şəxssiniz. Sizin xarici siyasətiniz təkcə bir istiqamətə köklənməyib”, – Baş nazir deyib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »