Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI

0

Xəbər verdiyimiz kimi, rus mediası Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan (təxminən 2839659 manat) çox vergi borcu olduğunu yayıb. 

Bloger məsələ ilə bağlı açıqlama yayıb.

O bildirib ki, xəbərləri oxuduqdan sonra borcun bir qismini bağlayıb.

“Bütün xəbərləri gördüm. Dəstəyiniz üçün təşəkkür edirəm. Borcun əsas hissəsini bağladıq. Cərimələri də yaxın zamanda bağlayacağıq” deyə, Hüseyn açıqlamasında bildirib.

Qeyd edək ki, Federal Vergi Xidməti artıq blogerin şirkətinin hesablarını blokladığını açıqlayıb. Sözügedən şirkət restoran və yeməklərin çatdırılması xidməti ilə məşğuldur. Bloklanmaya səbəb isə vergi bəyannaməsinin təqdim edilməməsi olub. (Axşam.az)

Leave A Reply

Your email address will not be published.

Tərcümə »