AİB Azərbaycanla danışıqlar aparır – Ceff Teylor

0

AİB dayanıqlı satınalmalar sahəsində əməkdaşlıq üzrə fəaliyyət planının hazırlanmasına dair Azərbaycanla danışıqlar aparır.

İctimai Rəy Trend-ə istinadən xəbər verir ki, bu barədə AİB-in baş direktor müavini, satınalmalar, portfel və maliyyə idarəetməsi departamentinin satınalmalar üzrə baş mütəxəssisi Ceff Teylor Tbilisidə AİB-in illik toplantılarının kuluarlarında jurnalistlərə deyib.

“Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparırıq. Sonra isə bunun əsasında saziş və fəaliyyət planı tərtib edəcəyik. AİB Azərbaycanda bu sahədə diaqnostika aparıb. Dayanıqlı satınalmalar inkişaf etməkdə olan praktikadır. Nümunə olaraq Hindistanı qeyd edə bilərəm.

Hindistan ekoloji cəhətdən təmiz məhsullar üçün yaşıl peşəkar sertifikasiyanı işə saldı. Bir sıra bənzər təşəbbüslər mövcuddur və biz onları opportunist yanaşma ilə gözdən keçiririk, onları görən zaman dəstəkləyəcəyik. Azərbaycanı dəstəkləməkdən çox məmnun olarıq. Əminəm ki, orada əlavə dəstəyə və diqqətə layiq təşəbbüslər həyata keçirilir”, – o deyib.

Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik toplantının mövzusu “Gələcəyə Körpü”dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »