Azərbaycan nefti ucuzlaşdı

0

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,67 ABŞ dolları, yaxud 0,77% azalaraq 85,96 ABŞ dolları təşkil edib.

İctimai Rəy xəbər verir ki, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 83,96 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »