Tuareqlərin qeyri-adi adətləri: Kişilər çadra bağlayır, qadınlar… – VİDEO

0

Səhra xalqı adlandırılan toplum Şimali Afrika, Mali, Əlcəzair də daxil olmaqla Saxara səhrasında yaşayan tuareqlərdir.

Bu xalqın geyimindəki göy rəngin indiqo çaları onların simvolu hesab edilir. İnanclarının islam olmasına baxmayaraq, bu tayfaların qadınları deyil, kişiləri üzlərini örtürlər.

Oğlanlar yetkinliyə qədəm qoyanda onlara artıq böyüdüklərinin simvolu olaraq mavi şal verilir. Kişilərin yalnız gözləri görünə bilər. Yetkin kişilər qadınların, yad adamların yanında mavi çadra taxırlar. Burada nəsil ana xətti ilə davam edir. Tuareq qəbiləsində qadınlar azaddırlar. Onlar mülkiyyət hüququ ilə yanaşı, ailədə və ağsaqqallar şurasında böyük hörmət sahibidirlər.

Ailələrinin yaşadığı çadırlar və kiçik alaçıqlar qadının şəxsi mülkü hesab edilir və burada da qadının sözü keçir. Onlar kişilərə nisbətən daha savadlıdırlar. Qadınlar üçün evlilik prosesi çox sadədir. Çünki boşandıqdan sonra uşaqlar və mülkün hamısı onlara qalır. Qadının ailəsi qızlarının artıq subay və yeni münasibətlərə açıq olduğunu göstərən yığıncaq təşkil edir. Qız istəsə, evlənməzdən əvvəl müxtəlif kişilərlə vaxt keçirə bilər. Bu, cəmiyyət tərəfindən qınanılmır.

Evli kişi arvadına sadiq qalır, qadının isə məşuqu ola bilər. Bir şərtlə ki, o, gecə gec saatlarda gəlməli, səhər açılmadan getməlidir.

Ətraflı Baku TV-nin əməkdaşı Gülnar Muradovanın araşdırmasında:

Leave A Reply

Your email address will not be published.

Tərcümə »