İstanbulda avtomobil dayanacağındakı nəzarətçi müştərinin ona həvalə etdiyi maşını sürərək qəza törədib.
Həmin anları nəzarətçi ilə bərabər avtomobilə əyləşən digər şəxs anbaan qeydə alıb.
Qeyd olunub ki, lüks idman avtomobilinin dəyəri beş milyon türk lirəsi olub.
Qəza nəticəsində lüks avtomobilin ön hissəsi ciddi zədələnib.