Ölkə ərazisində ötən həftə yağışlı hava şəraitinin müşahidə olunmasına baxmayaraq meşə fondu torpaqlarında ağacəkmə və meşəbərpa tədbirləri davam edib, hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ meşəcinsli ağac tingləri əkilib, toxumlar səpilib.
İctimai Rəy xəbər verir ki, Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, təkcə ötən həftə ərzində meşə fondu torpaqlarında keçirilən meşəbərpa tədbirləri zamanı 350 mindən çox ağac tingi əkilib, 7 ton toxum səpilib.
“2023-cü ilin yaz əkin mövsümündə və payız əkin mövsümü başlayandan bugünədək Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən ölkənin meşə fondu torpaqlarında, ümumilikdə 2 milyon 400 min müxtəlif növ meşəcinsli ağac tingi əkilib, 61 tondan artıq toxum səpilib”.\\newscenter.az\\