Dünən axşam saatlarından Abşeron rayon Xırdalan şəhərinin bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
Bu barədə həmin ərazidə yaşayan sakinlər məlumat verib.
İctimai Rəy xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən Azərsu ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, sözügedən ərazidə qəza baş verib:
“Hazırda ərazidə təmir işləri aparılır. Qəza bu gün aradan qaldırılacaq”.
Comments are closed.