Dekabrın 13-də həm qadın, həm də kişi voleybolçular arasında ölkə çempionatlarının oyunları baş tutacaq.
İctimai Rəy Azərbaycan Voleybol Federasiyasına istinadən bildirir ki, qadın voleybolçuların mübarizəsində VI tur çərçivəsində “Gəncə” doğma meydanda “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Bu görüş saat 15:00-da start götürəcək.
GİN-nin Voleybol Mərkəzində isə “Abşeron” və “Murov Az Terminal” komandaları qarşılacaqlar. Saat 16:00-da başlayacaq bu matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Qadınların mübarizəsində turun daha bir qarşılaşması isə UNEC voleybol klububun idman zalında baş tutacaq. Saat 19:00-da UNEC və “AZERRAIL” üz-üzə gələcək.
Həmin gün kişi voleybolçuların Yüksək Liqasında da bir oyun baş tutacaq. Saat 18:00-da GİN-nin Voleybol Mərkəzində “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandaları üz-üzə gələcək.
13 dekabr
Yüksək Liqa (qadınlar)
15:00. “Gəncə” – “Milli Aviasiya Akademiyası”
Ünvan: GƏNCƏ OİK
16:00. “Abşeron” – “Murov Az Terminal” (CBC SPORT-canlı)
Ünvan: GİN-nin Voleybol Mərkəzi
19:00. UNEC – “AZERRAIL”
Ünvan: UNEC VK-nun idman zalı.
Yüksək Liqa (kişilər)
18:00. “Xarı Bülbül Şuşa” – “Xarı Bülbül Laçın”
Ünvan: GİN-nin Voleybol Mərkəzi
Comments are closed.