Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçirilir

0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən 2024-cü il, fevral ayının 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

İctimairey.az-ın xəbərinə görə, dövlət başçısının sərəncamını şərh edən politoloq Yeganə Hacıyeva deyib ki, 2018- ci ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyev xalqımızın qarşısında duran ən mühüm problem – ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi.

Onun sözlərinə görə, prezident seçildikdən cəmi iki il sonra – 2020- ci ilin sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycanın tarxi qələbəsi ilə başa çatdı, 2023-cü il sentyabrın 20-də lokal antiterror tədbirləri isə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası prosesini tamamladı: “Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçirilir. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir”.

Yeganə Hacıyeva, “ölkəmizin gələcəyi , xalqımızın rifahı , regionumuzun stabilliyi üçün bizim namizəd İlham Heydər oğlu Əliyevdir”,-deyə bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »