İtaliyanın “ən təhlükəli altı qaçaq” siyahısında olan Camorra mafiyasının ən yüksək babası Raffaele Imperiale Dubayda tutuldu.
İmperiale topladığı bahalı sənət əsərlərinə görə “Van Qoqun atası” adlandırılırdı. Camorra mafiyasının ən qorxulu adlarından biri olduğu səbəbiylə İtaliyanın “ən təhlükəli altı qaçağı” siyahısında olan Raffaele Imperiale Dubayda tutuldu. Beynəlxalq narkotik ticarəti ilə günahlandırılan İmperiale, oğurlanmış sənət əsərləri ilə də əlaqəlidir.
Amsterdamdakı bir muzeydən oğurlanan Van Qoqun iki əsəri illər sonra Imperialenin evində tapılıb. İtaliya polisinin açıqlamasına görə, 46 yaşlı Raffaele Imperiale, 4 Avqustda Dubayda tutulub. İtaliyada 5 il 10 ay həbs və bir çox əlavə ittihamlarla cəzalandırılan İmperialenin ölkəsinə təhvil veriləcəyi gözlənilir. Neapol yaxınlığındakı Castellammare di Stabia şəhərində anadan olan İmperiale 1996 -cı ildə Hollandiyada məskunlaşaraq bir kafe açıb. Imperiale 2010 -cu ildən Dubayda yaşayır və rəsmi qeydlərə görə daşınmaz əmlak ticarəti ilə məşğul olub.
İtaliya mətbuatının yazdığına görə, Imperiale Cənubi Amerikadakı kartellər, Hollandiya mafiyası və İtalyan mafiyası arasında bir əlaqə rolunu oynadı və böyük bir beynəlxalq narkotik ticarəti şəbəkəsini idarə edir. Təhlükəsizlik qüvvələri, Imperiale-nin, xüsusilə Perudan gələn kokain trafikini idarə edən İrlandiya və Bosniya narkotik tacirləri ilə əlaqəli olduğundan şübhələnirlər.
VAN QOQUN İKİ ƏSƏSRİNƏ QARA BAZARDA 100 MİLYON DOLLAR ÖDƏDİ’ 2002 -ci ildə Amsterdamdakı Van Qoq Muzeyindən oğurlanan “Şeveninqen Dəniz Mənzərəsı” (1882) və “Nuenendəki İslahat Kilsəsindən “Birlik” (1884/85) Van Qoqun rəsmləri 2016 -cı ildə İmperialenin evində tapılıb. 2002 -ci ildə bu soyğunçuluq Amerika Federal Araşdırma Bürosunun (FBI) ən əhəmiyyətli 10 sənət oğurluğu siyahısında idi.
Imperialenin doğulduğu yer Castellammare di Stabiadəki bağ evində tapılan rəsm əsərləri üçün, qara bazarda 100 milyon dollar ödədiyi təxmin edilir. Keçən ilin yanvar ayında Neapolda çıxan Il Mattino qəzetinə verdiyi müsahibədə, Imperiale onun Van Qoq rəsmlərinin oğurlanması ilə heç bir əlaqəsi olmadığını və rəsmləri “sənət ehtirası” səbəbindən aldığını iddia etmişdi. Bu səbəbdən də İtaliya mətbuatında Imperiale mafiyanın “Van Qoq Atası” olaraq da xatırlanır.
Esmira ŞÜKÜROVA.
İctimairey.az