Xankəndidə və Qarabağ ərazisində yaşayan erməni sakinlərin ilkin qeydiyyatı həyata keçirilir.
İctimai Rəy xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov jurnalistlərlə görüşdə deyib.
Xidmət rəisi bildirib ki, məsələ ilə bağlı işlər mərkəzləşdirilmiş qaydada aparılır:
“Bununla əlaqədar işlər yekunlaşdıqda ictimaiyyətə məlumat veriləcək”.