Xankəndidəki paradda erməni hərbi avtomobillərinin nömrələrindən hazırlanan lövhə nümayiş etdirilib

0

Xankəndi şəhərində keçirilən paradda vaxtilə Azərbaycan ərazilərdə qanunsuz yerləşdirilən erməni silahlı birləşmələrindən qənimət kimi götürülən avtomobil və texnikaların nömrə nişanlarından hazırlanan nəhəng lövhə nümayiş etdirilib.

İctimairey.az-ın xəbərinə görə, lövhə Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində yerləşdirilib.

Lövhədə böyük hərflərlə “ZƏFƏR” sözü yazılıb.

Qeyd edək ki, noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »