Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov 8 Noyabr – Zəfər Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
İctimai Rəy xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.
Səfir Azərbaycan xalqına firəvanlıq, davamlı tərəqqi və rifah arzulayıb:
“Bütün Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibəti ilə təbrik edirəm. Dost Azərbaycan xalqına firəvanlıq, davamlı tərəqqi və rifah arzulayıram”.