Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını və ordusunu təbrik edib.
İctimai Rəy xəbər verir ki, təbrik mətni nazirliyin X hesabında paylaşılıb.
“Qardaş Azərbaycan işğal altında olan torpaqlarını azad edib. Qəhrəman Azərbaycan xalqını və ordusunu 8 Noyabr- Zəfər Gününü münasibətilə təbrik edir, bütün şəhidlərimizi rəhmətlə anırıq”, – paylaşımda bildirilib.