Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandan müavini İvan Kovqan həlak olub.
İctimai Rəy xəbər verir ki, bu barədə “SeverPost” məlumat yayıb.
Qeyd olunub ki, sülhməramlı qüvvələrinin komandanının hərbi-siyasi işlər üzrə müavini, 1-ci dərəcəli kapitan Kovqan İvan Vasilyeviç həlak olub.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi sülhməramlıların öldüyü barədə məlumat versə də, ölənlərin sayı və adlarını açıqlamayıb.
Xatırladaq ki, sentyabrın 20-si Canyataq yaşayış məntəqəsi yaxınlığında Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus UAZ Patriot avtomobilinin atəşə tutulması nəticəsində sülhməramlı kontingentin hərbi qulluqçuları faciəvi şəkildə həlak olub.\\musavat