Azərbaycanın keçirdiyi lokal antiterror tədbirlər zamanı məhv edilən erməni terrorçularının sayı məlum olub.
İctimai Rəy xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
Qeyd olunub ki, separatçı rejimin itkilərinin sayı 1000-ə yaxındır.
Digər tərəfdən, Ermənistanın ombudsmanı Anahit Manasyanın sözlərinə görə, antiterror tədbirlər nəticəsində 32 nəfər ölüb, 200-dən çox insan yaralanıb.