ABŞ getdi amma zərbə vurdu: “Taliban”ın hakimiyyətə gəlişi NƏYİ DƏYİŞƏCƏK? – Türkiyəni gözləyən TƏHLÜKƏ
“Taliban” silahlılarının Əfqanıstanı ələ keçirməsindən sonra dünyada yeni iqtisadi xaosun başlanacağı ilə bağlı müəyyən fikirlər artıq səslənməyə başlayıb.
İctimai Rəy xəbər verir ki, mövzunu Metbuat.az-a şərh edən iqtisadçı-ekspert Elman Sadıqov bildirdi ki, “Taliban” əvvəlki “Taliban” deyil. Artıq ciddi diplomatik kanallar qurub və həmin kanallardan istifadə edir. Yəni, faktiki olaraq, dövlət qurmaq üçün infrastrukturu da qurulub. Ekspertin sözlərinə görə, ABŞ hazırladığı Əfqan ordusunu silahları ilə birlikdə və əlavə olaraq, Əfqanıstanda 1 milyard dollarlıq silah-sursatını da Talibana verdi. Ekspert deyir ki, Taliban artıq Çinlə və Rusiya ilə razılaşıb. Türkiyə ilə də razılaşacağı ehtimalı da yüksəkdir. Təbii ki, burada Pakistanamili çox önəmlidir.