ABŞ, Niderland və Belçikanın Ukraynaya F16 qırıcı təyyarələrin verilməsinə icazə verib. Bir neçə aydır ki, ukraynali pilotlar F16 təlim kurslarına qatılıb. Payızda Niderland tərəfindən F16 Ukraynaya çatdırılması baş verəcək. ABŞ Rusiya ilə açıq toqquşma riskə getmək üçün məhz üçüncü ölkələr vasitəsilə Ukraynaya bu təyyarələrin tədarükünü həyata keçirəcək.
F16 Təyyarələrin Ukraynaya verilməsi ilə cəbhədə yeni dönüş yaradacaq. Ukrayna kifayət qədər hava məkanının qoruya və Rusiya qoşunlarının arxa təminat və artilleriya batareyalarini məhv etmək iqtidarında olacaq. Ukraynanın əks-hücumlarinin keyfiyyətini artırmaqla, ərazilərin azad edilməsi ilə nəticələnəcək. Təkcə, F16 deyil, ABŞ 500 km məsafəni vura bilən raketlərində tədarükünü həyata keçirəcək.
Rusiyanın cavab reaksiyası yenidən Ukraynanın mülki infrastrukturunu vurmaqla nəticələnəcək. F16 müharibənin gedişində mühüm rol oynamaqla, Rusiyanın itkilərini xeyli artıracaq. Bu da Rusiya siyasi-hərbi elitasinda böhrana gətirib çıxaracaq.
ABŞ Ukraynaya hücum silahlarını yubatmaqla bir növ Rusiyanın resurslarını tükədir. Bu, müharibə geopolitik bir müharibədir. Rusiyanın təkcə hərbi məğlubiyyətinə deyil, siyasi meydandan çəkilərək fövqəldovlət iddialarından geri çəkilməsinə hesablanıb. Qərb koalisiyanın buna nail olacağı gözlənilir. Rusiya məğlub olduqdan sonra, daxildə subyektlərində mərkəzdən qaçma prosesləri baş verəcək.
Məhəmməd Əsədullazadə
Politoloq