Bu barədə İstehsalat Birliyinin 104 qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək avqustun 18-də qurumda keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Şöbə rəisi bildirib ki, bu il iyul ayında 53 min 647 müraciət daxil olub. Ünvanlanan müraciətlərin əksəriyyəti debitor borcların hissə-hissə ödənilməsinə icazələrin verilməsin, fərdi qaydada evlərin, kənd və qəsəbələrin qazlaşdırılması, sayğacların quraşdırılması, həmçinin qaz xəttinin və ya qaz sayğacının yerinin dəyişdirilməsi və sair məsələlərlə bağlı olub. Daxil olan bütün məsələlər şöbə tərəfindən araşdırılır və cavabladırılması həyata keçirilib.
“Müraciətlərin bir çoxunda bildirilir ki, abonentin iştirakı olmadan sayğacların yerinin dəyişdirilməsidir. Bununla bağlı bildirmək istəyirəm ki, əgər “Azəriqaz” İB tərəfindən quraşdırılmış sayğacın istismar müddəti bitib (5 il ötüb), ünvanda bütün küçənin sayğacları dəyişdiriləcəksə, yəni kütləvi sayğac dəyişmə prosesi aparılırsa bu barədə həmin vətəndaşlara qaz təminatının dayandırılması barədə öncədən məlumat daxil olur. Əgər gün ərzində 3-5 min arası sayğac dəyişdirilirsə və hər bir vətəndaşın onun evdə olub iştirakını gözləməklə mümkün olmur. Lakin fərdi şəxsin qaz sayğacının dəyişdirilməsi zamanı, vətəndaşın iştirakı ilə həyata keçirilir. Vətəndaş öncədən evdə olduğu zaman “Azəriqaz” əməkdaşları ilə sayğac dəyişdirilmə vaxtını tənzimləyə bilər. Ancaq kütləvi sayğac dəyişmə prosesi zamanı abonentlərinin hamısının iştirakını təmin etmək mümkün deyil”, – deyə “Azəriqaz”ın şöbə rəisi əlavə edib.