Ayxan Hacızadə Litvanın XİN başçısına cavab verib

0

“Laçın yolu Ermənistan tərəfindən son üç il ərzində sui-istifadə edilib. Təəssüf ki, bütün bu illər ərzində Litva susqunluq nümayiş etdirib”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.

O, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi erməni yalanlarına inanmamağa çağırıb.

Qeyd edək ki, litvalı nazir ermənistanlı həmkarı Ararat Mirzoyanla telefon danışığında Laçın yolunun “bağlanmasının ağır humanitar nəticələri ilə bağlı narahatlığını” bildirmişdi.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »