Azərbaycanın razılığı olmadan göndərilən “yardım”…

0

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağa göndərilən yükün guya “həyati əhəmiyyət kəsb edən ərzaq malları” olmasına dair tvitinə cavab verib.

Bu barədə XİN sözçüsü Tvitterdə paylaşım edib.

“Bu, təmiz təxribatdır və erməni tərəfinin manipulyasiyasıdır. Azərbaycanın suveren ərazilərinə “humanitar yardım” adı altında və Azərbaycanın razılığı olmadan avtomobil karvanlarının göndərilməsi onun ərazi bütövlüyünə və suverenliyinə qəsddir”, – A.Hacızadə qeyd edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »