“İhlas”ın iddiası təsdiqləndi: İbadoğludan nə tapılıb?

0

Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.1-ci maddəsi (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə şübhəli şəxs qismində saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə onun qızı Jalə Bayramova qeyd edib.

Qeyd edək ki, Qubad İbadoğlu da daxil olmaqla, ötən gün keçirilən əməliyyat zamanı 5 nəfərin saxlanılması Türkiyə mediasının da diqqət mərkəzindədir. Belə ki, DİN açıqlamasında onların Türkiyə DİN-in sorğusu əsasında saxlanıldığını bildirib.

“İhlas” agentliyi onların FETÖ-nün təhsil və təlim mərkəzlərində uzun müddət FETÖ təbliğatı apardıqları və gənclərin təşkilata üzv olmasına şərait yaratdıqlarının müəyyən edildiyini yazıb: “FETÖ-nün idarələrində, mətbəələrində, təlim və yataqxana mərkəzində və saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silahlar ələ keçirilib”.

Qeyd edək ki, DİN-in açıqlamasında bu təfərrüat olmasa da, J.Bayramovanın yazdıqları saxta pul faktını təsdiqləyir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »