İyulun 22-də Şuşa şəhərində Qlobal Media Forumu keçiriləcək.
Forumun mövzusu “IV Sənaye İnqilabı dövründə Yeni Media” olacaq.
Tədbirə 50 ölkəni təmsil edən 120 media subyekti, rəsmi şəxslər, eləcədə də 250-dən çox qonaq qatılacaq.
Açılış mərasimindən sonra forum sessiyalarla davam edəcək. Sessiyalarda medianın gələcəyi – rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları və digər mövzular xarici və yerli mütəxəssislərin iştirakı ilə müzakirəyə çıxarılacaq.
İyulun 23-ü axşama qədər davam edəcək forum çərçivəsində, eyni zamanda, bəzi “side event”lərin (paralel tədbirlərin) – sərgi və təlimlərin də keçirilməsi nəzərdə tutulur.