Ermənilərin toplum olaraq yalana, saxtakarlığa, faktları təhrif etməyə meylli olduğunu hamımız bilirik. Yalan və saxtakarlıq artıq çoxdan ermənilərin gündəlik həyat tərzinin xüsusiyyətlərinə çevrilib. Lakin bir ölkənin baş diplomatının – xarici işlər nazirinin açıq-aşkar yalan danışması və yaxud, feyk-xəbər paylaşması isə o ölkə üçün sözün həqiqi mənasında rəzalətdir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın məlum yalan paylaşımı da bütün erməni dövlətçiliyinin saxtakarlığa söykəndiyini təsdiqləyir. Onun Tvitter hesabında iki azyaşlı erməni uşağının fotoşəklini paylaşıb, həmin uşaqların guya, “Qarabağdakı humanitar vəziyyət” səbəbilə öldüyünü iddia etməsi bir siyasətçinin, bir diplomatın, nəhayətdə bir dövlət adamının hansı həddə qədər riyakarlıq edə biləcəyinin əyani göstəricisidir. Bəli, bu cür dəhşətli yalançılğı yalnız erməni siyasətçiləri özlərinə yaraşdıra bilərlər.
Lakin ən peşəkar yalançılığın da bir müddət sonra üstü açılır. Bu mənada, A.Mirzoyanın da rəsmi dövlət səviyyəsində dezinformasiya yol verməsinin tezliklə ifşa edilməsi gözlənilən idi. Həmin uşaqların məhz valideynlərin nəzarətsizliyi, səhlənkarlığı və birdəki avtomobildəki yüksək temperatur nəticəsində yuxudaykən vəfat etməsi faktı artıq təsdiqlənib.
Çox təəssüf ki, Ermənistanın məsuliyyətsiz xarici işlər naziri faktları yoxlamadan paylaşım etməyə tələsib. Məqsəd isə heç şübhəsiz ki, həm süni ajiotaj yaratmaq, həm də Azərbaycana qarşı növbəti böhtan fürsətindən yararlanmaq istəyi olub. Ancaq həmişəki kimi yenə də özlərini gülünc vəziyyətə saldılar. Bu cür hallar Ermənistanın qeyri-ciddi, oyuncaq “dövlət” olduğunu göstərir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri